DÜNYA


Türkiyədə qayığın batması nəticəsində dörd nəfər ölüb

İstanbul, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Türkiyənin İzmir vilayətinin Foça rayonu ərazisində “Egem” qayığı batıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində qayıqda olan on nəfərdən dördü həlak olub.

Digər şəxslərdən birinin axtarışları davam edir. Beş nəfər xilas edilərək ətrafdakı xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma başladılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.