DÜNYA


Türkiyədə qaz sayğacının montajı və quraşdırılma avadanlıqları ödənişsiz olacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Türkiyədə qaz sayğacının montajı və quraşdırılma avadanlıqları ödənişsiz olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) “Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, təbii qaz abunəçiləri bundan sonra qaz sayğacının montajı və quraşdırılma avadanlıqları üçün ödəniş etməyəcək.

Belə ki, təbii qaz paylama şirkətləri tərəfindən abunəçilərdən tələb olunan abunə müqaviləsi üzrə ödənişlərdən sayğacın montajı və quraşdırılma avadanlıqları xərcləri çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.