DÜNYA


Türkiyədə qaz sızması nəticəsində 54 nəfər zəhərlənib

İstanbul, 4 fevral, AZƏRTAC

Türkiyənin Balıkəsir şəhərinin Ədliyyə Sarayının binasında baş vermiş qaz sızması nəticəsində 54 nəfər zəhərlənib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, bölgəyə xilasedici və təcili yardım briqadaları cəlb edilib. Zərərçəkənlər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Binadakı insanlar təxliyə olunublar. Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.