DÜNYA


Türkiyədə qədim küp-məzarlıq tapılıb

İstanbul, 25 sentyabr, AZƏRTAC 

Türkiyənin Balıkəsir vilayətinin Edremit rayonunun Kazdağları bölgəsində eramızdan əvvəl X əsrə aid olduğu ehtimal olunan Antandros qədim şəhərinin ərazisində küp-məzarlıq aşkar olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Edremit bələdiyyəsinin birgə himayəsi əsasında aparılan arxeoloji qazıntı zamanı iki məzarlıq aşkarlanıb və ərazidə qazıntı işləri başa çatdırılıb. Ehtimal olunur ki, bu məzarlar, hətta eramızdan əvvəl II əsrə qədər qədim ola bilər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.