DÜNYA


Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb

İstanbul, 1 avqust, AZƏRTAC

Son beş gün ərzində Türkiyədə qeydə alınan 107 yanğından 98-i söndürülüb. Doqquz yanğının söndürülməsi istiqamətində işlər davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

Qardaş ölkədə hər il orta hesabla 2500-3000 yanğın faktının qeydə alindığını deyən nazir, keçən il səkkiz böyük yanğın hadisəsinin meydana gəldiyini deyib.

"Yanğınsöndürənlərimiz yorğundurlar, lakin, qərarlı şəkildə davam edirlər. Silifkedəki yanğın getdikcə azalır. Adanada bütün yanğınlar nəzarət altına alınıb. Orada baş verən üç yanğının hamısı təhlükəli idi. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik. Bu gün havanın rütubəti 10 faizə enəcək. Daha da diqqətli olmalıyıq. Ən qısa zamanda bütün yanğınları nəzarət altına alacağıq", - deyə B.Pakdemirli vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.