DÜNYA


Türkiyədə qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

İstanbul, 16 yanvar, AZƏRTAC

Türkiyədə davam edən qeyri-sabit hava şəraiti ölkənin müxtəlif bölgələrində bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, gecə saatlarında güclü qarın yağması səbəbindən sürücülər yolda qalıblar. Küləyin sürəti saatda 80 kilometrə çatıb. Qars bölgəsində temperatur mənfi 35-40 dərəcəyədək enib. Antalyada güclü külək nəticəsində Falezlər və Konyaaltı çimərliyi adlanan ərazidə dalğaların hündürlüyü 3 metrədək yüksəlib. Kaleiçi limanında isə balıqçı gəmisi batıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.