İDMAN
Türkiyədə qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda Anna Başta 5-ci olub
Bakı, 20 mart, AZƏRTAC
Anna Başta İstanbulda keçirilən dünya kubokunun mərhələ yarışında 5-ci olub.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Türkiyənin İstanbul şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda şəxsi mübarizəsində qaliblər müəyyənləşib.
Mübarizəyə əsas mərhələdən başlayan Anna Başta ilk görüşündə Çloe Fox-Gitomeri (ABŞ) 15:9 hesabı ilə məğlub edib. Ən güclü 16-lığa yüksəlmək üçün koreyalı rəqibi Eunhye Jeuna 15:8 hesabı ilə qalib gələn sablyaçımız növbəti mərhələdə fransalı Karolin Queroli (15:12) mübarizədən kənarlaşdırıb. Başta yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada ispan Lusia Martinə 13:15 hesabı ilə uduzub.
Dünya Kubokuna sabah keçiriləcək komanda yarışı ilə yekun vurulacaq.