DÜNYA
Türkiyədə reanimasiyada yatan koronavirus xəstələri üçün dövlət tərəfindən ödəmələr iki dəfə artırılıb
İstanbul, 4 aprel, AZƏRTAC
Türkiyədə reanimasiya şöbəsində yatan koronavirus xəstələri üçün dövlət tərəfindən xəstəxanalara edilən ödəmələr iki dəfə artırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ailə, İş və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuk bildirib.
Ölkədə koronavirusun yayılmasına qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində verilən bu qərarla reanimasiya şöbəsində yatan hər xəstə üçün gündəlik 660 türk lirəsi ödəniləcək.
Nazir atılan bu yeni addımın dövlət xəstəxanalarına əlavə dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan immun plazma terapiyasının Türkiyədə tətbiqi baxımından da vacibliyini vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]