QAN YADDAŞI


Türkiyədə reklam lövhələrində 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillər yer alıb

Ankara, 17 yanvar, AZƏRTAC

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin bəzi şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində faciənin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarxın nümayişinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində hazırda videoçarx Ankara və Kırkkale şəhərində nümayiş olunur. Yerli vaxtla saat 17:01-dən 22:01-dək göstərilən videoçarxın nümayişi bir neçə gün davam edəcək. Bu layihənin ölkənin başqa şəhərlərində həyata keçirilməsi də nəzərdə tutulub.

Hazırda videoçarx sözügedən şəhərlərin 25 müxtəlif yerində nümayiş olunur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.