DÜNYA


Türkiyədə sabahdan etibarən normallaşma planının ikinci mərhələsi qüvvəyə minir

Ankara, 26 may, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində həyata keçirilən normallaşma planının ikinci mərhələsi sabahdan etibarən qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, dörd gün əvvəl Türkiyədə tətbiq olunan növbəti komendant saatı rejimi mayın 27-də saat 00.00-da başa çatır. Bunun ardınca normallaşma planının ikinci mərhələsinin tətbiqinə başlanılır. Hökumət bəyan edib ki, normallaşma prosesi nəzarətli qaydada, sistemli şəkildə həyata keçiriləcək. Əhaliyə xəbərdarlıq olunub ki, tətbiq olunan qaydalara əməl olunmasa COVID-19 infeksiyasının ikinci dalğası baş verə bilər.

Qeyd edək ki, normallaşma prosesinin birinci mərhələsinə mayın 11-də start verilib. Ötən müddətdə nəzərdə tutulan proses normal qaydada başa çatıb. Ən son məlumata görə, ölkə daxilində dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. İctimaiyyət aradan qaldırılan digər məhdudiyyətlərlə bağlı vaxtaşırı məlumatlandırılır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.