DÜNYA


Türkiyədə saxta içki istehsal edən qruplaşmanın lideri ələ keçirilib

İstanbul, 15 oktyabr, AZƏRTAC

Türkiyədə saxta içki istehsal edən qruplaşmanın lideri ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bu ilin on ayı ərzində Türkiyədə saxta içki istehsal edən qruplaşmaya qarşı 19 genişmiqyaslı əməliyyat keçirilib. Son əməliyyat zamanı qruplaşmanın lideri saxlanılıb. Bu əməliyyatlar nəticəsində minlərlə ton saxta içki və ya bu içkilərin hazırlanmasında istifadə olunan maddələr aşkarlanaraq müsadirə edilib.

Qruplaşmanın İstanbulla yanaşı, Adana və Bursa şəhərlərində də fəaliyyət mərkəzlərinin olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, son bir həftədə Türkiyənin səkkiz vilayətində saxta içkidən zəhərlənənlərin sayı 50-yə çatıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.