DÜNYA


Türkiyədə sərnişin təyyarəsi enmə zamanı zolaqdan çıxıb

İstanbul, 14 yanvar, AZƏRTAC 

Türkiyənin Trabzon Hava Limanında eniş zamanı sərnişin təyyarəsi zolaqdan çıxaraq qəza edib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Ankara-Trabzon reysi ilə uçan qəza etmiş təyyarənin sərnişinləri xilas edilib. Trabzon Hava Limanı müvəqqəti bağlanıb. Təyyarəni yamacdan çıxarmaq üçün əraziyə əlavə texnika cəlb olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.