DÜNYA


Türkiyədə səsverməni 650 xarici KİV nümayəndəsi izləyir

İstanbul, 24 iyun, AZƏRTAC 

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisi qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, KİV nümayəndələri səsvermə məntəqələrində çəkiliş aparmaq, müsahibələr almaq, seçicilərin rəyini öyrənməkdə azaddır.

Bundan başqa, səsvermə və onun nəticələrini izləmək üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərir. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb.

Türkiyə Ali Seçki Komissiyasının səsvermənin gedişatına və nəticələrə dair açıqlamaları mətbuat mərkəzlərində elan olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.