DÜNYA


Türkiyədə son sutka ərzində 137 nəfər koronavirusdan həyatını itirib

Ankara, 25 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Bu gün Türkiyə vaxtı ilə saat 21.00-da növbəti 8 saatlıq “Evdə qal” rejimi qüvvəyə minəcək.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 25-da ölkə üzrə 151 min 109 nəfər koronavirus testindən keçirilib. Onlardan 5 min 642 nəfərdə infeksiya aşkarlanıb, 671 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərzində 137 nəfər məlum infeksiyadan ölüb, 6 min 682 nəfər sağalıb.

Qeyd edək ki, hazırda Türkiyədə iki hissədən ibarət sərtləşdirilmiş rejim tətbiq olunur. Həftənin ilk beş gün Ankara vaxtı ilə 21.00-dan başlayıb 5.00-dək davam edən “Evdə qal!” rejimi cümə günləri eyni saatda başlayıb bazar ertəsi saat 5.00-dək qüvvədə olur.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.