DÜNYA


Türkiyədə son sutkada 132 nəfər koronavirusdan ölüb

Ankara, 28 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Hazırda məhdudiyyətlərin yumşaldılması müzakirə mövzusu deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu barədə təkliflər olarsa hökumətin iclasında baxıla bilər.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 27-də ölkə üzrə 179 min 419 nəfər koronavirus testindən keçirilib. Onlardan 7489 nəfərində infeksiya aşkarlanıb, 675 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 132 nəfər məlum infeksiyadan ölüb, 8803 nəfər sağalıb. İndiyədək 2 milyon 449 min 839 nəfərdə infeksiya aşkarlanıb. Hazırda 1765 nəfərin vəziyyəti ağırdır.

Yanvarın 27-də yerli vaxtla saat 21:00-da növbəti səkkiz saatlıq “Evdə qal!” rejimi qüvvəyə minib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.