DÜNYA
Türkiyədə son sutkada 340 nəfər koronavirusdan dünyasını dəyişib
Ankara, 2 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma, ölüm və ağır xəstə sayı təhlükəli dinamika ilə davam etməkdədir.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkə üzə COVID-19 infeksiyasına qarşı 240 min 145 test aparılıb. Onlardan 25 min 980 nəfərdə virusun əlamətləri aşkarlanıb, 2 min 587 nəfər xəstəxanalara cəlb olunub. Gün ərzində 340 xəstə dünyasını dəyişib, 75 min 182 nəfər sağalıb.
Türkiyədə yeni növ koronavirus aşkarlanandan indiyədək 4 milyon 875 min 388 nəfərdə infeksiya aşkarlanıb, 40 min 844 nəfər dünyasını dəyişib.
Hazırda 3 min 532 xəstə bu virusdan reanimasiyadadır.
Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edərək mayın 17-də saat 05:00-da başa çatacaq. Ölkə üzrə 2 milyon 52 min 86 nəfərə “Evdə qal!” rejimi dövründə işləmək icazəsi verilib. Hazırda bütün ölkədə ictimai sakitlikdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]