DÜNYA


Türkiyədə son sutkada koronavirusdan 71 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada koronavirusdan 71 nəfər dünyasını dəyişib

Ankara, 27 fevral, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxmada artım müşahidə olunur. Fevralın 27-də ölkə üzrə 125 min 716 nəfər testdən keçirilib. Onlardan 9 min 193 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb.

AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 621 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib, 71 nəfər ölüb, 8 min 938 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 2 milyon 693 min 164 nəfərdə virus aşkarlanıb, 28 min 503 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə hökuməti koronavirus məhdudiyyətlərini mərhələli qaydada aradan qaldırmağı planlaşdırır. Martın 1-dən etibarən məhdudiyyətlərin mərhələli və nəzarətli qaydada aradan qaldırılmasına başlanacaq. Məhdudiyyətləri sərtləşdirmək və yaxud yumşaltmaqla bağlı qərarları yerli hakimiyyət orqanlarına bölgələrdəki vəziyyətə uyğun verəcəklər. Ekspertlər hesab edirlər ki, hazırda virusun mutasiya olunmuş versiyası yayıldığı bir vaxtda məhdudiyyətlərin yumşaldılması ciddi risklər yaradır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.