Türkiyədə son sutkada koronavirusdan 78 nəfər dünyasını dəyişib
AzerTAg.az
Ankara, 22 fevral, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxmada artım müşahidə olunur. Fevralın 22-də ölkə üzrə 118 min 816 nəfər testdən keçirilib. Onlardan 8 min 104 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, gün ərzində 623 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib, 78 nəfər ölüb, 5 min 690 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 2 milyon 646 min 526 nəfərdə virus aşkarlanıb, 28 min 138 nəfər ölüb.
Qeyd edək ki, Türkiyə hökuməti koronavirus məhdudiyyətlərini mərhələli qaydada aradan qaldırmağı planlaşdırır. Lakin məhdudiyyətləri sərtləşdirmək və yaxud yumşaltmaq səlahiyyətləri yerli hakimiyyət orqanlarına veriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin mətnində orfoqrafik səhv var