DÜNYA


Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib

İstanbul, 15 iyul, AZƏRTAC

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 2016-cı il iyulun 15-də ölkədə dövlət çevrilişinə cəhddən sonra terror təşkilatları ilə mübarizə barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, nazir ötən dövr ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyatın icra olunduğunu bildirib. Qeyd edilib ki, son üç il ərzində terror təşkilatlarına üzv olan 69 min 496 nəfər saxlanılıb, 5 min 778 terrorçu məhv edilib.

S.Soylu bu istiqamətdə işlərin davam etdirildiyini deyib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.