DÜNYA


Türkiyədə tam qapanma ilə bağlı təlimatlar ölkənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib

İstanbul, 27 aprel, AZƏRTAC

Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər tətbiq olunacaq tam qapanma ilə bağlı təlimatlar ölkənin Daxili İşlər Nazirliyi tərəfindən 81 vilayətin aidiyyəti qurumlarına göndərilib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq ediləcək tam qapanma aprelin 29-u saat 19:00-dan mayın 17-i saat 05:00-dək davam edəcək.

Təlimatlara əsasən, bu müddət ərzində “Evdə qal!” məhdudiyyəti aralıqsız qüvvədə olacaq.

Əhalinin yalnız evlərinə ən yaxın məsafədə qida və səhiyyə ehtiyacının qarşılanması məqsədilə evdən çıxmasına icazə veriləcək. Ölkədə səhiyyə və təhlükəsizlik sahələri tam, istehsal, tədarük, nəqliyyat, kənd təsərrüfatı kimi sahələr isə məhdudlaşdırılmış qrafiklə fəaliyyət göstərəcək. Bu sahələr istisna olmaqla digər bütün dövlət və özəl qurumların fəaliyyəti tamamilə dayandırılacaq. Kafe, restoran, marketlər məhdudlaşdırılmış rejimdə və yalnız paket servis şəklində xidmət göstərəcək.

Qardaş ölkədə qapanma ilə gündəlik yoluxma hallarının azaldılması və bununla yanaşı peyvəndləmə prosesinin artırılması ilə pandemiyanın qarşısının alınması nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.