DÜNYA


Türkiyədə tarixi kitab qaçaqmalçıları həbs olunub

Ankara, 10 avqust, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri qədim Roma dövrünə aid qızıl su ilə yazılmış antik kitabın alqı-satqısı ilə məşğul olan qaçaqmalçı dəstənin üzvlərini həbs edib.

AZƏRTAC xəbər verir ki, qaçaqmalçıların satmaq istədikləri kitab 34 səhifədən ibarətdir. Faktla bağlı avqustun 9-da xüsusi əməliyyat keçirilib. Alıcı da daxil olmaqla dörd nəfər saxlanılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.