DÜNYA


Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Ankara, 12 iyun, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən iyunun 3-də Diyarbəkirdə keçirilən antiterror əməliyyatında məhv edilən 5 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Rızgar Torhildan” ləqəbli Felat Kocakaya olub. Onun ələ keçirilməsinə 300 min lirə (təxminən 50 min ABŞ dolları) vəsait ayrılmışdı.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatlarında iştirak edən qüvvələri Tel Rıfatda PKK/YPG terror təşkilatlarının 10 üzvünü məhv ediblər. Hərbi Hava Qüvvələrinin qırıcıları isə dəqiq zərbələrlə İraqın şimalındakı Zap və Metina bölgələrində yerləşən terror düşərgələrini, mağara və silah anbarlarını dağıdıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.