DÜNYA


Türkiyədə tibbi maska parçasına əlavə gömrük vergisi ləğv edilib

Bakı, 2 iyul, AZƏRTAC

Dünya miqyasında yayılan koronavirus pandemiyası ilə mübarizədə tibbi maskadan istifadənin əhəmiyyəti nəzərə alınaraq Türkiyədə maska istehsalının maya dəyərinin azaldılması üçün qanunda düzəliş edilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, düzəlişə əsasən, maska istehsalında xammal kimi istifadə olunan "melt blown" parçalarına tətbiq olunan əlavə gömrük vergisinin 20 faizlik dərəcəsi sentyabrın 1-dək sıfıra endirilib. Bundan başqa, idxal rejimində də dəyişiklik edilib. Yerli sənayeçilərin xərclərini azaltmaq və rəqabət qabiliyyətini dəstəkləmək, bazarda son məhsulun qiymətlərini ucuzlaşdırmaq üçün Türkiyə və Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmayan xammallara və yarımfabrikat məhsullara tətbiq olunan gömrük vergiləri də Aİ ilə eyni vaxtda ləğv edilib. Bu qərar çərçivəsində Türkiyədə istehsal olunmayan 125 adda məhsul üçün tutulan gömrük vergisi iyulun 1-dən ləğv olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.