DÜNYA


Türkiyədə üç günlük “Evdə qal!” rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Ankara, 25 yanvar, AZƏRTAC

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərə uyğun olaraq yanvarın 22-də Ankara vaxtı ilə saat 21.00-da qüvvəyə minib 56 saat davam edən “Evdə qal!” rejimini pozduqlarına görə 27 min 839 nəfərə cərimə kəsilib.

AZƏRTAC xəbər verir ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 05.00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat, bazar ertəsi saat 05.00-a qədər qüvvədə olur.

Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyası ilə mübarizədə əsas ümidlər kütləvi peyvəndləməyədir. Çindən sifariş edilən 50 milyon doza “Sinovac” vaksininin 6.5 milyondan ibarət ikinci hissəsi yanvarın 25-də ölkəyə gətirilib. Ölkə üzrə peyvəndləmə sürətlə aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.