SİYASƏT
Türkiyədə yaşayan azərbaycanlılar İranın Ermənistanla əməkdaşlığına etirazlarını ifadə etmişlər
Ankara, 4 fevral (AZƏRTAC). Azərbaycanla Həmrəylik Qrupunun üzvləri və qardaş ölkədə yaşayan azərbaycanlılar Ankaradakı İran səfirliyinin qarşısında Tehranın Yerevanla əməkdaşlığına etiraz əlaməti olaraq piket keçirmişlər.
Qrupun nümayəndəsi Ənvər Türkoğlu bildirmişdir ki, Türkiyədə yaşayan 3 milyona yaxın Azərbaycan türkləri Tehranın işğalçı Yerevanla əməkdaşlığına etiraz edirlər. İran başqa dövlətlərin, o cümlədən Azərbaycanın da daxili məsələləri ilə bağlı hər hansı bəyanatlardan kənar durmalıdır.
Piket iştirakçıları İranın Ermənistanla əməkdaşlığına etiraz olaraq şüarlar səsləndirmiş, səfirliyin binası önünə qara çələng qoymuşlar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara