DÜNYA


Türkiyədə yeddigünlük milli matəm elan edilib

Türkiyədə yeddigünlük milli matəm elan edilib

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar yeddigünlük milli matəm elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında etdiyi paylaşımda məlumat verib.

“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar yeddigünlük milli matəm elan edilib. Bayrağımız fevralın 12-də gün batana qədər ölkəmizin bütün ərazisində və xaricdəki nümayəndəliklərimizdə yarıya qədər endiriləcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.