DÜNYA


Türkiyədə yol-nəqliyyat hadisəsində on iki miqrant ölüb, iyirmisi yaralanıb

Ankara, 11 iyul, AZƏRTAC

Türkiyənin Van şəhərinin Yumaklı məhəlləsi yaxınlığında qanunsuz yolla qaçqınları daşıyan mikroavtobusun aşması böyük faciəyə səbəb olub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat qəzası nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunan Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin əməkdaşları xilasedici işləri həyata keçiriblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq dəyərləndirilib.

Yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.