DÜNYA


Türkiyədə yol qəzasında qırx tələbə yaralanıb

Ankara, 13 oktyabr, AZƏRTAC

Türkiyənin Nevşəhr vilayətinin Hacıbektaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində ölkənin 81 vilayətindən olan qırx tələbə müxtəlif dərəcəli xəsarət alıb. Bildirilir ki, Gümüşkent kəndi yaxınlığında hərəkət edən avtobus qəflətən yola çıxan evakuatorla toqquşub. Bu vaxt arxadan gələn avtobusun sürücüsü qəza edən maşınlara çırpılmamaq üçün sükanı yolun kənarına döndərib və aşma hadisəsi baş verib. Qəza edən avtobusdakı tələbələr Hacı Bektaş Vəlinin vəfatının 750-ci ildönümü ilə əlaqədar Hırka dağının zirvəsinə təşkil edilən yürüşə qatılmaq üçün səfərdə olublar.

Bəzi məlumatlara görə, xəsarət alanların sayı 25 nəfərdir. Bildirilir ki, yaralılar yaxın bölgələrdəki xəstəxanalara yerləşdiriliblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.