DÜNYA


Türkiyədə zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edənlərin sayı 1100 nəfəri ötüb

İstanbul, 5 fevral, AZƏRTAC

Türkiyədə zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edənlərin sayı artır.

Xəbər verdiyimiz kimi Türkiyənin Burdur şəhərinin Burcak bölgəsində ötən həftənin şənbə günündən etibarən bir çox vətəndaş zəhərlənmə ehtimalı ilə xəstəxanalara müraciət edib. Hazırda bu səbəbdən klinikalara gələnlərin sayı 1100 nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, zərərçəkənlərin 915 nəfəri Burcak Dövlət Xəstəxanasına, 205 nəfəri isə özəl klinikalara müraciət edib.

Zəhərlənmə hallarının içməli sudan baş verməsi ehtimalına qarşı şənbə günündən etibarən bu bölgəyə içməli suyun verilməsi dayandırılıb. Burcak Bələdiyyəsi tərəfindən aparılan suyun xlorlanması işlərindən sonra dünən gecə saatlarında etibarən bölgəyə su verilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.