DÜNYA


Türkiyədə zəlzələ bölgəsinə təhlükəsizlik qüvvələrinin 28 min əməkdaşı göndərilib

Türkiyədə zəlzələ bölgəsinə təhlükəsizlik qüvvələrinin 28 min əməkdaşı göndərilib

Bakı, 7 fevral, AZƏRTAC

Türkiyə hakimiyyəti fövqəladə vəziyyət rejimi tətbiq olunan zəlzələ bölgəsinə təhlükəsizlik qüvvələrinin 28 min əməkdaşını göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 18 min jandarma və 10 min polis zəlzələdən zərər çəkən vilayətlərdə xidmət göstərəcək. Yaxın zamanlarda həmin bölgəyə daha 10 min jandarma cəlb olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.