DÜNYA


Türkiyədə zəlzələ: həlak olanların sayı 1014 nəfərə yüksəlib

Türkiyədə zəlzələ: həlak olanların sayı 1014 nəfərə yüksəlib

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1014 nəfərə çatıb, 7 mindən çox insan xəsarət alıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, Kahramanmaraş zəlzələsindən sonra 105 afterşok qeydə alınıb, 2 min 824 bina dağılıb.

Qeyd edək ki, NATO və Avropa İttifaqının 45 ölkəsi Türkiyəyə yardım göstərməyə hazır olduğunu bildirib. Azərbaycan qardaş ölkəyə ilkin olaraq 420 nəfər xilasedici göndərib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.