DÜNYA


Türkiyədə zəlzələ ilə əlaqədar sosial mediada təxribat xarakterli paylaşım edən iki nəfər saxlanılıb

İstanbul, 25 yanvar, AZƏRTAC

Türkiyədə yanvarın 24-də baş vermiş zəlzələ ilə əlaqədar sosial mediada təxribat xarakterli paylaşım etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, bu istiqamətdə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər naziri Süleyman Soylu mətbuata açıqlamasında baş vermiş zəlzələyə aidiyyəti olmayan, başqa hadisələri özündə əks etdirən şəkilləri sosial media hesablarında paylaşaraq əhali arasında təşviş yaratmağa çalışan şəxslər barəsində lazımi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. Həmin vaxtdan indiyədək bölgədə 4 baldan çox 14 yeraltı təkan və 400-dən artıq afterşok qeydə alınıb. Son yeraltı təkan bu gün yerli vaxtla saat 19.30-da 5,1 bal gücündə olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 29-a yüksəlib. Dağıntılar altından 43 nəfər sağ çıxarılıb, 1466 yaralı var.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.