DÜNYA


Türkiyədə zəlzələ qurbanlarının sayı 912 nəfərə çatıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 912 nəfərə çatıb

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 912 nəfərə, xəsarət alanların sayı isə 5 min 385 nəfərə çatıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan AFAD Koordinasiya Mərkəzində dəyərləndirmələrdən sonra bildirib.

Onun sözlərinə görə, dağıntılar altından indiyədək 2 min 470 nəfər sağ olaraq çıxarılıb, 2 min 818 bina dağılıb. NATO və Avropa İttifaqının 45 ölkəsindən yardım üçün təkliflər alınıb.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə ilkin olaraq 420 nəfər xilasedici yola salınıb.

AFAD Kahramanmaraşda baş vermiş zəlzələnin gücünü 7,4 baldan 7,7 bala dəyişdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.