DÜNYA


Türkiyədə zəlzələdən zərər çəkmiş üç əyalətdə təhsil bərpa edilib VİDEO

Bakı, 2 mart, AZƏRTAC

Türkiyənin zəlzələdən zərər çəkən Diyarbəkir, Şanlıurfa və Kilis şəhərlərində təhsil həyatı yenidən başlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələdən zərər çəkən Şanlıurfada məktəblərdə aparılan təmir işləri başa çatdıqdan sonra şagirdlər üçün zəng çalınıb.

Haliliye rayonundakı Yunus Əmrə Borsa İstanbul ibtidai məktəbində “İstiqlal marşı”nın oxunması ilə başlayan açılış mərasimində Şanlıurfa valisi Salih Ayhan, Milli Təhsil müdiri Fevzi Kurt, müəllim və şagirdlər iştirak ediblər.

Vali S.Ayhan deyib: “Biz tarix boyu imanımız, gücümüz və birliyimizlə bir çox çətinliklərin öhdəsindən gəlmiş böyük bir millətik. Yenidən bir araya gələrək yaxşı günlər quracağıq. Gücümüzü heç vaxt unutmamalıyıq. Hər birimiz zəlzələnin üzərimizdəki pis təsirini aradan qaldırmaq istəyirik. Amma oturduğumuz yerdən özümüzə qapanaraq bunu etmək mümkün olmayacaq. Yenidən bir araya gəlib əvvəlkindən daha güclü ayağa qalxmaq üçün biz hamımız əlimizdən gələni etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.