CƏMİYYƏT


Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin və müşahidə şurasının yeni tərkibi seçilib

İstanbul, 18 iyul, AZƏRTAC

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) növbəti ümumi iclası keçirilib. İclasda birliyin idarə heyətinin və müşahidə şurasının yeni tərkibi seçilib.

Bu barədə AZƏRTAC-a TAİB-dən bildirilib. Məlumatda qeyd edilir ki, pandemiya qaydaları çərçivəsində baş tutan toplantıda əvvəl qurumun 2018-2020-ci il dövrü üzrə idarə heyətinin sədr müavini Mikayıl Yusifovun çıxışı dinlənilib, illik hesabat, balans hesabatları, təxmini büdcələr və danışıqlar haqqında məlumat verilib.

Sonra səsvermə yolu ilə birliyin idarə heyəti və müşahidə şurasının yeni tərkibi təsdiqlənib. Neslihan Tonbul TAİB-in idarə heyətinin sədri, Zenfira Əliyeva müşahidə şurasının sədri, Aygün Əliyeva isə baş katib seçilib.

Tədbirdə çıxış edən N.Tonbul TAİB-in Türkiyədə yaşayan seçilmiş iş adamlarını bir dam altında birləşdirərək iş həyatına xüsusi həyəcan qatdığını, iki qardaş ölkə arasında daha bir körpü yaratdığını bildirib.

Proqramın sonunda TAİB-in Türkiyədəki fəaliyyətlərinə verdiyi töhfələrə görə üzvlərə təşəkkür lövhələri təqdim edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.