İDMAN


Türkiyədəki təlim-məşq toplanışında Azərbaycanın 23 cüdoçusu iştirak edir

Türkiyədəki təlim-məşq toplanışında Azərbaycanın 23 cüdoçusu iştirak edir

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan cüdoçuları Türkiyədə beynəlxalq təlim-məşq toplanışında hazırlıq keçirlər.

AZƏRTAC xəbər verir ki, Antalya şəhərindəki toplanış dekabrın 20-22-də İsraildə keçiriləcək “Masters” turnirinə hazırlıq məqsədi daşıyır. Dekabrın 15-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandanın 15, qadınlardan ibarət yığmanın isə 8 cüdoçusu iştirak edir.

İdmançılarımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadın yığmasının baş məşqçisi Rəşad Məmmədov, məşqçisi Elnur İsmayılov və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.