DÜNYA


Türkiyədəki yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb

İstanbul, 1 avqust, AZƏRTAC

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.

Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.