SİYASƏT


Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

Ankara, 30 iyul, AZƏRTAC

İyulun28-də Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır.

İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb.

“Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.

Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 90 536 613 86 48 nömrəli telefonla baş konsulluqla əlaqə saxlasınlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.