DÜNYA


Türkiyədəki zəlzələdə 14 nəfərin öldüyü təsdiqlənib

Ankara, 25 yanvar, AZƏRTAC

Türkiyənin episentri Elazığ vilayətinin Sivrice rayonunda baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 00:15-ə olan məlumata görə, yeraltı təkan nəticəsində Elazığda 8, Malatiyada 6 nəfər həyatını itirib.

Xilasetmə işləri davam etdirilir. Dağıntılar altında qalanların çox olduğu ehtimal edilir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) təbii fəlakət bölgəsinə çadır, tibbi ləvazimat və isti geyim göndərib. Evləri uçan və yararsız hala düşən vətəndaşların müvəqqəti sığınması üçün tədbirlər görülür. Ərazidə çadır şəhərciyi qurulacağı istisna deyil.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.