İQTİSADİYYAT


Türkiyədən Çinə yük daşıyan növbəti konteyner qatarı Bakı Limanına çatıb

Türkiyədən Çinə yük daşıyan növbəti konteyner qatarı Bakı Limanına çatıb

Bakı, 5 iyul, AZƏRTAC

İyunun 28-dən Türkiyədən yola çıxan, Çinə mineral su və şokaladın daşındığı 41 ədəd 40 futluq konteyner qatarı bu gün Bakı Limanına çatıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, səhər saatlarında limana çatan qatardan vaqonların ümumi yük anbarına boşaldılması işi, operativ şəkildə yerinə yetirilib. Bu yüklərin sabah limana yan alması nəzərdə tutulan Qazaxıstana məxsus “Barys” gəmisinə yüklənilməsi planlaşdırılır. Yüklər Qazaxıstandan da dəmir yolu vasitəsilə Çinə daşınacaq. Orta dəhliz vasitəsilə daşınan bu yüklər ümumilikdə 8 min 693 kilometr yol qət edərək təyinat nöqtəsinə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.