REGİONLAR


Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir

 

Naxçıvan, 16 avqust, AZƏRTAC

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artıq Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir.

Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək. Digər tərəfdən isə beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq. Bütün bunlarla yanaşı, Türkiyə üzərindən hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin reallaşmasına və Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.