DÜNYA


Türkiyədən Yunanıstana yollanan miqrantlar Egey dənizində həlak olub

Afina, 9 avqust, AZƏRTAC

Türkiyədən Yunanıstana üz tutan miqrantların olduğu qayıq Kuş adası rayonunda batıb.

AZƏRTAC xəbər verir ki, sərnişinlərdən 9-u həlak olub, 4-ü isə Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edilib. Ölənlərin arasında uşaqlar və qadınlar da var.

Qeyd edək ki, miqrantlar Avropa sahillərinə çatmaq məqsədilə Türkiyədən tranzit ölkə kimi istifadə edirlər. Adətən onlar Türkiyənin Egey dənizi hissəsindən Yunanıstana üz tuturlar. Bəzi hallarda isə Qara dəniz vasitəsilə Bolqarıstan və Rumıniyaya çatmaq istəyirlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.