CƏMİYYƏT


Türkiyədən daha 174 azərbaycanlı təxliyə edilir

İstanbul, 22 may, AZƏRTAC

COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin müvəqqəti bağlanmasından sonra Türkiyədə qalan və Vətənə qayıtmaq istəyən azərbaycanlıların təxliyəsi davam edir.

AZƏRTAC Azərbaycanın Türkiyədəki səfirliyinə istinadla xəbər verir ki, soydaşlarımızın təxliyəsi üçün növbəti çarter reysi mayın 22-də təşkil ediləcək. Bu reys vasitəsilə biri körpə olmaqla 174 azərbaycanlı İstanbul Hava Limanından Vətənə gətiriləcək.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.