REGİONLAR
Türkiyədən gələn sərnişin avtobusu Şəmkirdə yük maşını ilə toqquşub
Şəmkir, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxminən saat 4 radələrində “Şaqman” markalı yük maşını İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edən “Mercedes” markalı avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusu idarə edən sürücünün ayağı qırılıb. Avtobusda olan 52 nəfər sərnişindən 1 nəfəri hadisə yerində keçinib, 15 nəfər müəyyən bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 7 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti ağır olaraq qalır. Digər yaralıların həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]