CƏMİYYƏT


Türkiyəli aktyor Reinteqrasiya Mərkəzinin qonağı olub

Bakı, 21 fevral, AZƏRTAC

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Ahmet Yenilmez Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzinin qonağı olub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Kəmalə Ağazadə sığınacaq barədə qonağa ətraflı məlumat verib. Uşaqlarla həmsöhbət olan A.Yenilmez bu görüşdən məmnun qaldığını bildirib və qeyd edib ki, uşaqların gözlərindəki sevgi onda xoş duyğular yaradıb.

Sonda aktyora uşaqlar tərəfindən hazırlanmış və Azərbaycan–Türkiyə qardaşlığının rəmzi olan əl işi hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.