SİYASƏT


Türkiyəli alim: Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımını törədiblər

Ankara, 24 aprel, AZƏRTAC

Saxta “böyük Ermənistan” iddiası ermənilərdə yoluxucu bir iddialılıq xəstəliyi yaradıb. Məhz bu xəstəlik nəticəsində erməni toplumunda xəyanət etmək vərdişi formalaşıb. Təəssüf ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı dövləti də erməni xəyanəti ilə üz-üzə qaldı.

Bu sözləri beynəlxalq hüquq üzrə alim Bahadır Bumin Özarslan 1915-ci il hadisələrini AZƏRTAC-a şərh edərək bildirib.

Ermənilərin Osmanlı dövlətinə və müasir Türkiyəyə qarşı irəli sürdükləri “soyqırımı” iddiasının heç bir əsası olmadığını söyləyən alim qeyd edib ki, dünyadakı ikili standartlar saxta “böyük Ermənistan” iddiasına ən böyük dəstək olub. Erməni millətçi dairələrini və din xadimlərini Osmanlı dövlətinə qarşı qızışdıran böyük güclər müasir dövrdə saxta “erməni soyqırımı” iddiası ilə Türkiyəyə qarşı haqsızlıq edirlər.

Bahadır Bumin Özarslan deyib ki, əgər dünya birliyini doğrudan da 1915-ci il hadisələrinin gerçək tərəfi maraqlandırırsa, əvvəlcə təcavüzkar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrinə baxsınlar. Ermənilər Xocalıda Azərbaycan xalqına qarşı müasir dövrün ən dəhşətli soyqırımını törədiblər. Bu soyqırımının dəhşətlərini görmək və bilmək üçün arxivləri axtarmağa gərək yoxdur, məhz Avropanın aparıcı televiziyalarının Xocalıda çəkdikləri 15-20 dəqiqəlik kadrları izləmək yetərlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.