ELM VƏ TƏHSİL


Türkiyəli alim Hüseyn Cavidin ev-muzeyində

Bakı, 2 dekabr, AZƏRTAC

Türkiyənin Ege Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyat şöbəsinin dosenti, doktor Yılmaz Özkaya Hüseyn Cavidin ev-muzeyində olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, türkiyəli alimə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, fəlsəfi dünyagörüşü, faciəvi taleyi haqqında ətraflı məlumat verilib.

Hüseyn Cavidin ev-muzeyinin nəşrləri ilə tanış olan Yılmaz Özkaya Ege Universitetinin professoru “Türk ədəbiyyatı və Hüseyn Cavid” mövzusunda araşdırma aparmış Yavuz Akpınardan muzey haqqında məlumat əldə etdiyini və gələcəkdə Cavidlə bağlı tədqiqat aparmaq niyyətində olduğu üçün bu müəssisəyə gəldiyini deyib.

Muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə görüşdə Yılmaz Özkaya gələcəkdə muzey ilə əməkdaşlıq etmək istədiyini diqqətə çatdırıb.

Əməkdaşlıq haqqında müqavilə imzalanması ilə bağlı razılıq əldə edilib.

Qonağa muzeyin nəşrləri hədiyyə olunub.

Dosent Yılmaz Özkaya “Türkiyə ilə türk dünyası arasında bir körpü – Yavuz Akpınar ərmağanı” monoqrafiyasının həmmüəlliflərindən biridir və bu monoqrafiyada Yavuz Akpınarın Hüseyn Cavid yaradıcılığı mövzusunda apardığı tədqiqat haqqında da ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.