MƏDƏNİYYƏT
Türkiyəli bələdiyyə sədri: Əhməd Cavadın millətimiz qarşısında bir çox xidmətləri vardır VİDEO
Ankara, 6 may, AZƏRTAC
Əhməd Cavad həm Azərbaycanın, həm də bütünlükdə türk dünyasının görkəmli şəxsiyyətlərindən biridir. Böyük şairimizin millətimiz qarşısında bir çox xidmətləri vardır.
AZƏRTAC xəbər verir ki, bu fikri açıqlamasında Ankara şəhərinin Etimesgut rayon bələdiyyəsinin sədri Ənvər Dəmirəl ifadə edib.
Əhməd Cavadın Balkan savaşlarında olduğu kimi, milli qurtuluş mübarizəsində də türk xalqı ilə yan-yana, çiyin-çiyinə olduğunu xatırladan bələdiyyə sədri Ənvər Dəmirəl deyib ki, görkəmli şəxsiyyətlərin tarixi xidmətlərini unutmamaq milli borcdur. Ankara şəhərindəki Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın heykəlinin ucaldılması böyük şairin şəxsiyyətinə göstərilən ehtiramdır.
Qeyd edək ki, indi Əhməd Cavadın heykəli Türk Tarix Muzeyi və Parkında qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev, böyük qırğız yazıçısı Çingiz Aytmatov, görkəmli özbək şairi Abdulhamid Süleyman Çolpan, türk dünyasının görkəmli fikir adamı İsmayıl bəy Qaspıralı kimi görkəmli tarixi şəxsiyyətlərin heykəlləri ilə bir sırada dayanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara