QAN YADDAŞI
Türkiyəli deputat: Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir VİDEO
Ankara, 24 fevral, AZƏRTAC
Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksində ilk dəfədir ki, Xocalı soyqırımı ilə bağlı fərqli bir anma mərasimi keçirdik. Çünki Qarabağ azadlığa qovuşub. Qarabağın düşməndən azad edilməsindən sonra Xocalı soyqırımının ildönümünü qeyd etməyin xüsusi mənası var. Türk xalqlarının tarixində, həyatında soyqırımlarına, qətliamlara yer yoxdur. Biz heç kəsə qarşı soyqırımı törətmədik. Türklərin soyqırımı törətməsi ilə bağlı heç bir fakt yoxdur.
Bu fikirləri AZƏRTAC müsahibəsində Türkiyə Böyük Millət Məclisinin deputatı Nevzat Ceylan ifadə edib.
Dünyada bir sıra soyqırımıların törədildiyinə diqqəti çəkən deputat deyib: “Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımılarından biridir. Dünyada bir daha Xocalı soyqırımı kimi ağır cinayətlərin törədilməsini istəmirik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara