SİYASƏT


Türkiyəli gənc: Türk Şurasının Bakı Sammitində səsləndirilən birlik mesajları mühüm önəm kəsb edir

Ankara, 17 oktyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü mühüm əhəmiyyətə malikdir. Təşkilatın tərkibinin genişlənməsi, Bakı Sammitində qəbul edilən qərarlar, dövlət və hökumət başçılarının birlik mesajları mühüm önəm kəsb edir. Bu birlik türk dünyasının beynəlxalq aləmdə aparıcı inkişaf mərkəzinə çevrilməsinin əsasını yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri İlteriş Kağan Taşkınsu söyləyib. O deyib: “Ümidvarıq ki, Türk Şurası Gənclər Platformasının Bakıda keçirilən birinci Baş Assambleyası çoxşaxəli fəaliyyət strategiyası müəyyənləşdirməklə türk dünyasının ortaq problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında təsirli vasitələrdən istifadə edəcək. Eləcə də Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunması, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya gəncləri ilə bölüşmək əsas hədəfimizə çevrilməlidir. Əminliklə deyə bilərəm ki, təşkilat bütün türksoylu gənclərin birlik mərkəzi olaraq tarixi missiya həyata keçirəcək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.